Art
Səddam Hüseynin romanı tapıldı: “Zabibə və şah”
Səddam Hüseynin “Zabibə və şah” adlı sevgi romanı tapılıb.
Publika.az xəbər verir ki, ingilis dilinə tərcümə olunmuş roman Amazon internet satış portalındadır.
Roman 2000-ci ildə yazılıb və 160 səhifədən ibarətdir. Əsərin janrı “alleqorik sevgi əhvalatı” kimi təyin edilib. Əsərdəki hadisələr bir neçə min il əvvəl baş verir.
Qeyd edək ki, baş qəhrəman seçilmiş şahın Səddam Hüseynin özünü simvolizə etdiyi deyilir. Süjetə görə, şah hər gecə yanına gələn kəndli qızı Zabibə ilə din, milliyətçilik və xalqın iradəsi haqda söhbət edir.
Əvvəlcə roman anonim çap olunsa da, daha sonra araşdırma aparan mütəxəssislər onu diktatorun ayağına yazıblar. Mərkəzi Kəşfiyyat İdarəsinin versiyasına görə isə roman Səddam Hüseynin detallı redaktəsi altında başqa yazıçılar tərəfindən yazılıb.
Bundan öncə isə, 2016-cı ilin yayında Böyük Britaniyada İraqın keçmiş prezidenti tərəfindən yazılmış povestin çap olunacağı haqda bəyanatlar yayımlanmışdı. Kitabı “Kartdan ev” və “Taxt oyunu” əsərlərinin qarışığı kimi xarakterizə edirlər. Povestdə 1500 il əvvəl Fərat sahilində yaşayan və yadelli işğalçılarla mübarizə aparan xalqdan bəhs olunur.
Ulucay Akif
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var












.png)
















.jpg)
.jpg)





