“Şəhid Şəhər” adlı uşaq rəsm müsabiqəsinə start verildi
Bizi izləyin

Art

“Şəhid Şəhər” adlı uşaq rəsm müsabiqəsinə start verildi

Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə “Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsinə start verilib.

Publika.az xəbər verir ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məluma görə, müsabiqəyə qatılmaq istəyən iştirakçılar yaratdığı tablonun fotosunu ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə fevral ayının 8-nədək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir. facebook: Bakı Xətai Sənət Mərkəzi (https://www.facebook.com/xsm.art.az/) Whatsapp: 00994513107401 tagram: xetaisenetmerkezi Email: xsm2016mail.ru Az1025. Bakı şəhəri, Xocalı pr 62.

"Müsabiqədə 15 yaşına qədər uşaqlar ən çox 3 əsər təqdim etməklə iştirak edə bilər. Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcəkdir. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək və uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını arzu edirik.

Münsiflər heyətinin seçimi əsasında birinci turdan keçmiş əsərlər müsabiqınin yekun sərgisində nümayiş olunacaq. Sərgilənən işlərin müəllifləri diplomla, müasbiqədə fəal iştirak edən tədris mərkəzləri (dərnək, incəsənət məktəbi, art klub və s.) təşəkkürnamə ilə təltif olunacaq".

Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Ulucay Akif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm