Art
Bakı pravoslavları Pasxa bayramını qeyd edirlər
Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində xristianların müqəddəs Pasxa bayramı qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Bakı pravoslavları bu kilsəyə bayram ibadəti keçirməyə toplaşıblar. Onlar müqəddəs dini nəğmələrə qulaq asır, şamlar düzürlər.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata jurnalistlərə müsahibəsində deyib ki, aprelin 8-də xristianlar özlərinin müqəddəs bayramı olan Pasxa bayramını qeyd edirlər. Bu bayram xristianların ən böyük bayramıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda yaşayan xristianlar da bu müqəddəs bayramı tənənə ilə qeyd edirlər. Prezident İlham Əliyev Azərbaycanın bütün pravoslav xristian icmasını bayram münasibətilə təbrik etdi, ən səmimi arzu və diləklərini çatdırdı.
Qeyd edək ki, Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə aprelin 8-də qeyd edilir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.
İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün isə hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və bir-birini “İsa Dirildi!” kəlməsi ilə salamlayır.
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Avropa bankının pulunu mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı