Art
Astaralı pianoçu beynəlxalq müsabiqənin laureatı adını qazandı - FOTO
Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, “Humay” milli mükafatı laureatı, professor Azər Dadaşov adına Pianoçuların IV Beynəlxalq Müsabiqəsində Astara Uşaq Musiqi Məktəbinin VI sinif şagirdi Aysu Mustafazadə uğurla çıxış edərək laureat adı qazanıb.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, iki yaş qrupu üzrə (birinci qrup-16 yaşa qədər, ikinci qrup-16 yaşdan yuxarı) 3 mərhələdə keçirilən beynəlxalq müsabiqənin məqsədi uşaqlar, yeniyetmələr və gənclər arasında musiqi sənətinə marağın artırılması, müasir Azərbaycan bəstəkarlarının uşaq və gənclər üçün yaratdıqları əsərlərinin təbliği, fortepiano üzrə təhsil alan şagirdlərin və tələbələrin ifaçılığının inkişafıdır.
Beynəlxalq müsabiqənin birinci yaş qrupunda Astara Uşaq Musiqi Məktəbinin VI sinif şagirdi Aysu Mustafazadə müəllimi Aybəniz Dadaşovanın rəhbərliyi ilə bütün mərhələləri uğurla keçərək birinci yerə layiq görülüb.
Münsiflər heyətinin qərarına əsasən Aysu Mustafazadəyə diplom, birinci dərəcəli laureat adı və pul mükafatı təqdim edilib.
Qeyd edək ki, A.Mustafazadə bu il Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş Bladimir Kraynev adına Pianoçuların III Beynəlxalq Müsabiqəsində də uğulda çıxış edib.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO