Prezidentin mətbuat xidməti arxivə sənədlər təqdim etdi
Bizi izləyin

Art

Prezidentin mətbuat xidməti arxivə sənədlər təqdim etdi

Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən 19010 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Milli Arxiv İdarəsindən Publika.az-a bildirilib ki, 2018 və 2019-cu ilin cari dövrünü əhatə edən fotosənədlər Prezident İlham Əliyevin rəsmi qəbullarını, xarici ölkələrə rəsmi və işgüzar səfərlərini, yüksək səviyyədə keçirilən tədbirlərdə çıxışlarını, konfranslarda iştirakını, dövlət investisiya xətti ilə tikilən istehsalat komplekslərini, mədəniyyət və səhiyyə ocaqlarının açılışını, yol-infrastruktur obyektlərinin, sosial-təminat mərkəzlərinin istifadəyə verilməsini və digər məsələləri əks etdirir.

Hazırda arxivdə fotosənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm