Art
“Leyli və Məcnun” beynəlxalq festivalda nümayiş olunacaq
Bakı Marionet teatrı Beynəlxalq Festivalda səhnə alacaq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi daha bir uğura imza atıb.
Publika.az xəbər verir ki, idarənin strukturuna aid olan Bakı Marionet teatrı Şarlevil-Mezyer şəhərində Beynəlxalq Marionet Festivalında “Leylı və Məcnun” tamaşası ilə çıxış edəcək.
Qeyd edək ki, Marionet Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil etmək hüququ qazanan ilk teatrdır.
21-22 sentyabrda baş tutacaq Festivalda iştirakın əsas məqsədi ölkəmizin zəngin mədəni irsini gələcək nəsillərə ötürmək, milli dəyərlərə bağlılığını aşılamaqdır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi dəstəyi ilə Marionet teatrı 2013-cü ildən etibarən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərir. Əsası rejissor və rəssam Tərlan Qorçu tərəfindən 1980-ci illərdə qoyulan teatr bütün yaş qruplarının maraq dairəsini əhatə edir və öz fəaliyyətində Azərbaycan xalqının zəngin çoxşaxəli mədəni irsinin memarlıq, milli geyim, musiqi və rəqs, dilimizin rəvan üslubu, xalqımızın həyat tərzi, milli bayramlar kimi özünəməxsus cizgilərini ehtiva edir.
Teatrın repertuarı bütünlüklə Azərbaycan klassik musiqisinin banisi, dramaturq, folklorçu və maarifçi Üzeyir Hacıbəyova ithaf edilir. "Arşın mal alan", "Leyli və Məcnun" tamaşaları tamaşacılara marionet üslubunda təqdim olunur. Öz fəaliyyətini Azərbaycanın hüdudlarından kənarda da nümayiş etdirmək istəyilə teatrın Fransa Respublikasının Şarlevil-Mezyer şəhərində keçiriləcək Beynəlxalq Marionet Festivalında iştirak üçün müraciəti maraqla qarşılanıb.
Marionet Teatrı Beynəlxalq Marionet Festivalında iştirak etməklə yanaşı zəngin və rəngarəng Azərbaycan mədəniyyətini Fransa və dünya xalqlarına tanıdacaq.
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO






.jpg)

































