Art
Əbülfəs Qarayev Ucar və Zərdab sakinləri ilə görüşüb
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, oktyabrın 25-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Ucar rayonunda Ucar və Zərdabdan olan vətəndaşlarla görüşüb.
Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul ediblər.
Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.
Nazir Əbülfəs Qarayevin Ucardakı Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda sakinlər tərəfindən Ucar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasının yenilənməsi, rayon Mədəniyyət mərkəzinin və Ucar Uşaq incəsənət məktəbinin əsaslı təmir olunması, tədris ocağına musiqi alətlərinin verilməsi ilə bağlı müraciətlər səslənib.
Qəbulda həmçinin Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində əsaslı təmir və tərtibat işlərinin aparılması, mədəniyyət müəssisələrinin internet xətlərinin yenilənməsi, Zərdab Rayon Mədəniyyət Mərkəzinin filmlərin nümayişi üçün avadanlıqlarla təmin olunması, kitabxanalara yeni avadanlıqların və yeni ədəbiyyatların verilməsi, habelə fəxri adın verilməsi, işlə təmin olunma barədə müraciətlər olub.
***
Nazir müavini Rafiq Bayramovun vətəndaşlarla görüşündə Ağdaş və Göyçay sakinləri tərəfindən rayon kitabxanaları ilə respublika kitabxanaları arasında internet şəbəkəsinin yaradılması, Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyində tərtibat işlərinin tamamlanması, muzey zalının dam örtüyünün dəyişdirilməsi, mədəniyyət müəssisələrinin əlamətdar günlərə həsr olunmuş videomateriallarla təmin edilməsi, görkəmli sənət adamları ilə görüşlərin təşkilinə köməklik göstərilməsi xahiş olunub.
Görüşdə Göyçay rayon Heydər Əliyev Mərkəzinə ümummilli liderin şəxsi əşyalarının surətlərinin verilməsi və dahi siyasətçinin iş otağının maketinin hazırlanması, Rəsul Rzanın ev-muzeyinin turizm marşrutuna salınması, kitabxanaların kənd təsərrüfatı ilə bağlı ədəbiyyatlarla təmin olunması, fəxri adın verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapıb. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO