Art
Azərbaycanda "əriyən xalça" toxundu - Qiyməti "ƏL YANDIRIR"
Qiyməti 15 min dollardan yuxarı olan qeyri-adi xalçaları yaradan azərbaycanlı rəssam Faiq Əhmədin işləri barədə dünyanın ən məşhur saytlarından biri məqalə hazırlayıb.
Publika.az xəbər verir ki, "Reddit"in məqaləsində Əhmədin “sehrli xalçalar” yaratdığı vurğulanır.
Toxucuların köhnə məktəbinin ustaları ilə tanışlıq üçün rəssam illər sərf edib.
O, çağdaş yeni dalğa sənətkarları qrupuna aiddir: özlərinin incəsənətlə bağlı stereotipləri qıran əsərlərini yaratmaq üçün onlar sənət növlərini araşdırır, əsərlərini tarixi müstəviyə daşıyırlar.
Magic carpets: the art of Faig Ahmed's melted and pixellated rugs, where pieces sell for upwards of $15,000 (£11,870). Typically, they begin as a classic pattern that encounters an obstacle or glitch, a sort of technical meltdown. from r/Damnthatsinteresting
Rəssam xalça toxuculuğunda ənənəvi material və rənglərlə eksperimentlər aparır. Məqalədə deyilir ki, rəssamın əsərlərinin qiyməti ən azı 15 min dollardır (25 min manat).
Faiq Əhməd 1982-ci ildə Bakıda doğulub. O, Azərbaycan Dövlət İncəsənət akademiyasının heykəltaraşlıq fakültəsini 2004-cü ildə bitirib. O, Azərbaycanı Venesiya biennalesində milli pavilyonda təmsil edib. Love Me, Love Me Not şousunda da iştirak edib. O, öz əsərlərinin sərgisi, demək olar ki, bütün dünyada – Nyu-Yorkda, Parisdə, Londonda, Berlində, Dubayda, Moskvada, BƏƏ-də - təşkil olunub. 2013-cü ildə Londonun Viktoriya və Albert Muzeyinin mükafatının laureatı olub.
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat







.jpg)






.jpg)






















