Art
Məşhur azərbaycanlı aktyor koronavirusdan öldü
Azərbaycan əsilli fransız aktyor, rejissor və ssenarist Robert Hosseyn vəfat edib.
Publika.az xəbər verir ki, tanınmış rejissor dekabrın 31-də 93 yaşında koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, Robert Hosseyn karyerasına 1940-cı illərdən aktyor kimi başlayıb. Vittel şəhərində yaşayan R.Hosseyn 1950-ci illərdə teatr yaradıcılığına başlamazdan əvvəl ilk filmlərini çəkib. O, “Döyüş gəmisi Potyomkin”, “Səfillər”, Yuli Sezar”, “İsa”, “Danton”, “Robespyer” kimi 20-dən çox filmin müəllifidir. Onun sonuncu filmi “Məryəm adlı qadın” filmi olub.
R.Hosseynin ən böyük tamaşası 1978-ci ildə yaratdığı və Fransa paytaxtında təqdim etdiyi “Paris Notre Dame” tamaşası olub. Səhnə əsərini 580 min tamaşaçı izləyib və bu, onun ən uğurlu tamaşası hesab olunur.
Anası ukraynalı olan R.Hosseyn cari ilin avqust ayında Kiyev Beynəlxalq Molodist Film Festivalının xüsusi mükafatına layiq görülüb.
O, Bakıda da səfərdə olub.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO