Art
Axır ki, mənə də təqaüd verildi – Əli Nur
Prezident İlham Əliyevə təşəkkür edirəm.
Publika.az xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında Xalq artisti Əli Nur Prezident İlham Əliyevin sənət adamlarına Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncamdan danışarkən deyib. Aktyor həmçinin Mədəniyyət naziri Anar Kərimova da təşəkkür edib:
"Axır ki, mənə də təqaüd verildi. Mədəniyyət naziri Anar Kərimov bir neçə dəfə zəng edib Şuşada şəhid olan oğlum baş leytenant Rövşən Nurzadə ilə bağlı başsağlığı verdi. Söhbət zamanı mənim bütün problemlərimdən xəbardar olduğunu bildirdi və dedi ki, onların hər biri zamanla həll olunacaq. Bundan başqa, nazirin köməkçiləri və teatr şöbəsinin müdiri tez-tez mənə zəng edib vəziyyətimi soruşur, çətinliklərimlə maraqlanır. Onların hər biri keçmişdə mənə olan haqsızlıqlardan xəbardardır. Buna görə Azərbaycan mədəniyyət nazirinə təşəkkür edirəm”.
Xalq artisti Prezident İlham Əlyevin onun ailəsinə göstərdiyi diqqəti xüsusi vurğulayıb:
"Prezident İlham Əliyev şəhid oğlum Rövşən Nurzadənin dəfni ilə bağlı bir neçə sərəncam verib. Qısa müddətdə Rövşən Nurzadə 3 medalla təltif edilib. Prezidentin əmri ilə Rövşənin 2-ci Fəxri Xiyabanda yüksək səviyyədə dəfn mərasiminin təşkil edilməsi onun diqqətinin göstəricisi idi. Mən həm öz, həm ailəm adından Azərbaycan mədəniyyəti və teatr xadimlərinə göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Prezidentin fərdi təqaüdü verilənlər arasında Xalq artisti Əli Nur da var.
Əli Nur Vətən Müharibəsində şəhid olan baş leytenant Rövşən Nurzadənin atasıdır.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq