Art
Azərbaycanda ipək xalçalar toxunacaq - FOTO
"Azərbaycan xalçası" brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqi istiqamətində atılan addımların davamı olaraq “Azərxalça” ASC ilə “Azəripək” MMC arasında əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanıb.
Bu barədə Publika.az-a "Azərxalça"dan məlumat verilib.
Sənədi “Azərxalça”-nın İdarə Heyətinin sədri Emin Məmmədov və “Azəripək”in direktoru Zaur Yaqubov imzalayıb.
Mərasimdə E.Məmmədov Azərbaycan xalçaçılıq sənəti, bu sahəyə dövlətin diqqət və qayğısı, yaxın gələcək üçün nəzərdə tutulan əsaslı dəyişikliklər və planlardan danışıb. O bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması xalçaçılığa göstərilən yüksək diqqət və qayğının göstəricisidir: “Dövlət proqramının uğurlu icrası bu sahədə daha böyük nailiyyətlərin qazanılacağından xəbər verir. Dövlət Proqramında xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir”.
İdarə Heyətinin sədri əlavə edib ki, milli mədəniyyətin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban Əliyeva da xalçaçılıq sənətinin yaşadılmasına dəyərli töhfələrini verir.
O deyib ki, xarici bazara yalnız milli naxışlı klassik xalçalar deyil, müasir və fərqli düşüncəli həm yerli, həm də xarici gənc xalçaçı rəssamlarla hazırlanan və müasir bazarın istəklərinə uyğun xalçaların çıxarılması istiqamətində işlər aparılmalı və uğurla qurulan əməkdaşlıqlar bu yolda inkişafa aparan ən doğru hədəfdir.
“Azəripək” MMC-nin direktoru Zaur Yaqubov hər iki qurumun yerli ipəkçiliyin inkişafı sahəsində fəal əlaqələr yaratmasından, bu əlaqələri inkişaf etdirməsindən və Memorandumdan irəli gələn sahələrdə uğurlu əməkdaşlıq qurmasından razı qaldığını bildirib.
Memoranduma əsasən, bundan sonra xalçaların toxunmasında istifadə ediləcək ipək ipliyini “Azərxalça” ASC “Azəripək” MMC-dən satın alacaq, istehsal edilən məmulatların satışına dəstək sahəsində əməkdaşlıq olunacaq, yun və ipək ipliyinin istehsal prosesinin təşkilində təcrübə mübadiləsi aparılacaq.
Xatırladaq ki, buna qədər “Azərxalça” ASC ipək xalçalar istehsal etməyib. Bundan sonra “Azəripək” MMC-dən əldə olunan ipək ipliklə yeni və eksperimental xalçaların toxunmasında istifadə olunacaq. Toxunan bütün növ xalçalar ən qısa zamanda yerli bazarla yanaşı dünya bazarına da çıxarılacaq.
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi










.jpg)












.webp)
.png)









.jpg)
.jpg)