Art
Bakıda “Jazzery Voices” layihəsi çərçivəsində silsilə tədbirlər təşkil olunacaq
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətlə oktyabrın 26-dan noyabrın 6-dək “Jazzery Voices” adı altında silsilə tədbirlər keçiriləcək.
Publika.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində ölkəmizin yetkin və gənc caz ifaçılarının konsertləri, “Azərbaycanda caz sənəti ilə bağlı məsələlər” mövzusunda beynəlxalq elmi-yaradıcı konfrans, caz vokal ifaçılığı üzrə ustad dərsi və tədqiqi seminar təşkil olunacaq. Konsertlərdə respublikanın xalq və əməkdar artistlərinin rəhbərlik etdiyi qruplar – “Bakustik Caz”, “Bakuba Band”, “Qaya”, “Baku Brass Biq Bendi”, BMA-nın “Lumineux” xoru və gənc ifaçıların caz heyətləri çıxış edəcək.
Tədbirlər Beynəlxalq Muğam Mərkəzi, Kamera və Orqan Musiqisi Zalı, Bakı Musiqi Akademiyasının Q.Qarayev adına Konfrans salonunda təşkil olunacaq.
“Jazzery Voices” layihəsi noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Zəfər bayramına ithaf edilən “Jazz Says Victory” adlı qala-konsertlə tamamlanacaq.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO