Art
Albert Eynşteynin DİNİ: Bütün varlığın özəyi və özü - FOTOLAR
Əvvəl ondan başlayaq ki, Albert Eynşteynin belə bir məşhur fikri var: “Ateistlik yolu keçməklə dindar oldum”.
Eynşteynə yaxından bələd olmayanların demək olar ki, hamısını bu fikir həmişə çaşdırıb.
İndi isə gəlin Eynşteynin din haqqında fikirlərinə baxaq: “…Tanrı sözü, mənə görə insan zəifliyinin məhsulu və təəssüratından başqa bir şey deyil. Bibliya (“İncil”) şərəfli sözlər toplusu olsa da, çox primitiv və uşaq əfsanələri yığınıdır. İzahsız və necə istifadə olunmasından asılı olmayaraq, bu mənim üçün dəyişməz olaraq qalır. İudaizm mənə görə, digər dinlər kimi uşaqcasına xurafatdan başqa bir şey deyildir… Mən mükafatlandıran və cəzalandıran Allaha, məqsədi bizim məqsədlərimizdən düzəlmiş Allaha inanmıram… Mən Spinozanın Allahına inanıram, – o Allaha ki, özünü bütün mövcudatın harmoniyasında göstərir. İnsanların əməlləri ilə maraqlanan və taleləri yazan Allaha inanmıram… Mən persona Allaha inanmıram. Bunu heç vaxt gizlətməmişəm və həmişə açıq demişəm”.

Yəqin ki, Eynşteynin dinlərə münasibətinin tam açılışı üçün bu fikirlər kifayət edir. Bəs niyə o özünə həm də dindar deyirdi?
Məsələ burasındadır ki, o həmişə vurğulayırdı: “Kainatı, dünya düzənini idarə edən mütləq bir harmoniya vardır. Başqa cür ola da bilməz. Bütün varlığın özəyi və özü olan enerjinin mütləq harmoniyadan doğduğuna bütün varlığımla inanır və buna səcdə edirəm!”
Eynşteyn üçün hər şey öz yolu ilə gedəcəkdi, bircə bu kvant fizikası ortaya çıxmasaydı. Yeni elm sahəsi, onun özünün dediyi kimi, qulağına əməlli-başlı birə salmışdı. Kəşflərinə birbaşa zərbə vurmasa da, klassik fizikadan daha çox, onun şəxsən özünə zərbə vurmuşdu. Çünki, kvant fizikasının məntiqsizliyi, Eynşteynin mütləq harmoniya inancını – dinini birbaşa alt-üst edirdi! Buna görə də, kvant fizikasının əsas yaradıcılarından olan Nils Borla söhbəti həmişə mübahisə və qanqaraçılıqla nəticələnirdi: “Mən indi 3 fundamental qüvvənin – elektromaqnetizmi, qravitasiya və nüvə qüvvəsinin birgəliyini Vahid Sahə Nəzəriyyəsində ifadə edərəm, siz də görərsiniz!”

Eynşteyn dayanmadan, təqribən 30 il bunun üzərində çalışdı, həll yolunu tapa bilmədi. Fizik dostu Q.Paule zarafatla deyərdi: “Deyəsən, daha Allah onu yaddan çıxarıb!”
Göründüyü kimi, A.Eynşteyn bizim nəzərdə tutduğumuz mənada nə dindar olub, nə də hər hansı bir dini ciddiyə alıb. O teist də olmayıb, yəni Allahı şəxs hesab etməyib. (Əsas dinlərin hamısı Allahı şəxs kimi görürlər). Onun görüşləri daha çox panteizmə yaxın idi – Kosmik Harmoniyanı özünə Allah qəbul eləmişdi. Bunu mütləq və müqəddəs bildiyindən, özünü dindar adlandırırdı. Yəni bu din, şəxsi olaraq onun özünə məxsusdur. Hamıya zamanın nisbiliyini qəbul etdirən dahinin, mütləq saydığı bir bu idi, bir də işıq sürəti. Amma, dünyadan narahat getdi, anlaşılmazlıq içində! Kvant məntiqsizliyi qarşısında, “əbədi mütləq harmoniya” sevdasından əl çəkə bilmədiyinə görə. Budda (e.ə. 566-486) isə, hələ o vaxtdan deyib: “Bu dünyada heç nə əbədi deyil”.
Medianews.az
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO






.jpg)
.jpg)

.jpg)


.jpg)

.jpg)





















