Art
Milli Qəhrəmanlar qadın rejissorların gözündə - YENİ FİLMLƏR
Azərbaycanda ilk dəfə "Qəhrəmanlar qadın rejissorların gözü ilə" adlı tədbir keçiriləcək.
Publika.az xəbər verir ki, tədbirdə Qarabağ müharibəsində şəhid olmuş 3 Milli Qəhrəman haqqında qadın rejissorların çəkdikləri sənədli filmlər nümayiş olunacaq.
Rejissorları Elnaz Əbluc, Zülfiyyə Abdullayeva, Kəmalə Mirzəyeva olan bu filmlər Azərbaycanın Milli Qəhrəmanları Cəlil Səfərova həsr olunmuş “Oğlumun gündəliyi”, Səfa Axundova həsr olunmuş “Göylərə bağlı Səfa” və Niyazi Aslanova həsr olunmuş “Mən sizinləyəm” filmləridir.
Qeyd edək ki, filmlər Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” layihəsi çərçivəsində hazırlanıb.
Xatırladaq ki, artıq uzun müddətdir studiyada Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş sənədli filmlər çəkilir.
Tədbir 25 noyabr saat 19.00-da Nizami Kino Mərkəzində keçiriləcək.
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































