Art
Bakıda Qolodomordan bəhs edən film nümayiş etdirildi
Bakıda 1932-1933-cü illərdə yaşanmış Qolodomorun 90 illiyinə həsr olunmuş “Cənab Cons” filminin nümayişi keçirilib.
Publika.az xəbər verir ki, nümayişi Ukraynanın Azərbaycandakı Səfirliyi təşkil edib.
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskinin tədbirdə bildirdiyi kimi, Qolodomor Ukrayna xalqının tarixində faciəli səhifə olub.
“Üstəlik, bunun sülh dövründə baş verməsini xüsusi vurğulamaq lazımdır. Hər saat yüzlərlə insan ölürdü. Bu hadisələrdə günahkar olanların hamısının cəzalandırılması təkcə bizim üçün deyil, bütün dünya üçün vacibdir”, - səfir deyib.
Məşhur polşalı rejissor Aqneşka Hollandın “Cənab Cons” filmi britaniyalı jurnalistin Qolodomor haqqında həqiqətlərin çatdırılması uğrunda apardığı mübarizənin həyəcanlı hekayəsindən bəhs edir.
Xatırladaq ki, britaniyalı jurnalisti Qaret Cons 1933-cü ildə Rusiyaya səfər edib. O, Stalindən müsahibə almaq və anasının dünyaya gəldiyi yeri tapıb canlı görmək üçün Ukraynaya getmək istəyirdi. Müsahibəni ala bilməsə də, Cons Qolodomor, Stalinin Ukraynanı sürüklədiyi, bir neçə milyon insanın həyatına son qoyan humanitar fəlakət haqqında yazan ilk Qərb müxbirlərindən biri olub.
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































