Art
Fərhad Bədəlbəylinin 75 illiyi təntənəli şəkildə qeyd olunacaq
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin 75 illiyinə həsr olunmuş yubiley gecəsi təşkil ediləcək.
Publika.az xəbər verir ki, tədbir dekabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Məlumat üçün bildirək ki, görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olan Fərhad Bədəlbəyli 1965–1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969–1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) təhsil alıb. F.Bədəlbəylinin adı B.Smetana adına (Çexoslavakiya, III mükafat və Smetana əsərinin ən yaxşı ifaçısı mükafatı - 1967) və Vianna da Motta adına (Portuqaliya, Lissabon, Pianoçuların Beynəlxalq Müsabiqəsi laureatı - 1968) beynəlxalq müsabiqələrdəki uğurlu çıxışlardan sonra məşhurlaşıb. Hazırda F.Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. Pianoçu mütəmadi olaraq dünyanın bir çox ölkələrinə qastrol səfərləri edir. O, həmçinin 1986–1989-cu illərdə Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olub. F.Bədəlbəylinin təşəbbüsü ilə Bakı İncəsənət Mərkəzi (1987–1996-cı illərdə o, buranın rəhbəri olub) və Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti (hazırda o, 1989-cu ildən bu cəmiyyətin sədridir) yaradılıb. Eyni zamanda 1991-ci ildən Fərhad Bədəlbəyli Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur.
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO






































