Art
Azərbaycanın ən böyük səhnəsində qədim türk bayrağı qaldırıldı... - FOTO
“Türkə düşmən olma...” “Səhnə” teatrının təqdim etdiyi “Qurd əfsanəsi” tamaşası 4.4 qısa tamaşalar festivalında üçüncü mükafata layiq görüldü.
Publika.az xəbər verir ki, dövlət teatrlarının təqdim edikləri 12 tamaşa ilə rəqabətə daxil olan “Qurd əfsanəsi” bir çox cəhətləri ilə dərhal diqqəti cəlb etdi.
Ən əvvəl Milli Dram teatrının böyük səhnəsinə monotamaşa kimi çıxmaq iddisı ilə. Üstəlik məlum əfsanəni teatr cameəsinə tanış olmayan bir oyunçu – Vüsal Rzasoy nəql edəcəkdi. Rejissor Namiq Ağayevin Kukla teatrı elementlərindən istifadə etdiyi tamaşanın tizerindən bəlli idi. Böyük səhnə məşqləri keçməyən bir monotamaşanın Azdramada necə görünəcəyini münsiflər də, tamaşaçılar da eyni maraqla gözləyirdilər...
Bir neçə il öncə sosial şəbəkələrdə maraqlı çıxışı, üsyankar, yenilikçi tərzi, xarizmatik görkəmi ilə məşhurlaşan, “hara gedissən, ayyyəə” deyib ləhcəni kantri üslubuna köçürən və məşhur sualı ilə bəılkə bir çoxlarını ayıldan Vüsal Rzayev səhnəyə Şaman kimi çıxdı. Enerjisini, səsini salonda sonuncu sıraya qədər çatdıra bildi. Mənimsəməyə macal tapmadığı səhnədə hərəkətlərini nizamlamağı bacardı.
Eyni anda həm nəqlçi, həm yağı düşmən, həm də Boz qurd cildinə girdi. Müəllif Xaqani Əliyevin fikirlərinin, rejissor Namiq Ağayevin emosiyalarının ötürüçüsü oldu. Bir sözlə, Vüsalın bütün cəhdləri - alındı! “Qurd əfsanəsi” türk etnosunun doğulmasının və qüdrətinin pik həddində parçalanmasının hekayəsini xatırlatdı. Boz qurdun göstərdiyi yolla gedib, sonra təkəbbür üzündən qəddar canavara çevrilmənin təhlükəsindən danışdı.
Qədim əfsanəni yaddaşlarda təzələyən Şaman Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərlə türk birliyinə görünən yola xeyir-duasını verdi. Zalın gurultulu alqışları ilə qədim Turan bayrağını yenidən qaldırdı. Və Orxon-Yenisey abidələrinə həkk olunan, minillər boyu silinməyən mesajl məqamında çatdırdı: “Türkə dost ol, düşmən olma! Ona toxunma, o sənə toxunmaz!”
4.4 qısa tamaşalar festivalında Dövlət teatrları ilə yanaşı dayanmış “Səhnə” tetarının qazandığı mükafat, ölkədə yaranan və yaşamağa çalışan sağlam, müstəqil teatrlara diqqət ayırmağın vacibliyini vurğuladı. “Qurd əfsanəsi” kimi uğurlu nəticələrin geniş tamaşaçıya təqdim edilməsi, beynəlxalq festivallara addım atması üçün isə Milli teatrın gələcəyinə görə məsuliyyət daşıyan qurumların da maraqlı layihələrə doğru addım atması şərtdir...
Lalə
-
Rəsmi xronika23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Magazin220:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin219:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI







.jpg)







.jpg)



.jpg)



















