Art
Rasim Balayev nələri itirib?: "Gərək onları gizlin aparaydım"
"Babək"in bir neçə kostyumu var idi. Xahiş etmişdim ki, onları mənə verin, saxlayım. Dedilər, yox, nə danışırsan, onlar nömrələnib. Sonra itib-batdı hamısı. Mən onları evdə saxlasaydım, indi kinofonda verərdim, muzey kimi orada qalardı".
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev "o üz" proqramında qonaq olarkən deyib. Aktyor bildirib ki, "Babək" filmində geyindiyi geyimlərin çoxu sonradan yararsız vəziyyətə düşüb:
"Bir neçə kostyumu var idi onun - filmin əvvəlində, ortasında, axırında. Hətta yadımdadır ki, bir kürkü var idi, dana dərisindən. Biz Naxçıvanda çəkilişdə olanda itmişdi, aləm qarışdı bir-birinə, ikinci bir oxşarı yox idi. Ola bilsin kimsə götürmüşdü onu, geyinməyə görə yox, suvenir, yadigar kimi. Amma o da bilmir ki, daha ondan yoxdur. Təzədən bizim kostyum işinə baxan adam mindi təyyarəyə, gəldi Bakıya, yenidən ondan tikdirdilər, geri gəldi. Yəni, gözəl paltarları var idi.
Böyük bir kostyum seximiz var idi. Ora girirdin, illərə bölmüşdülər. Məsələn, 21-ci əsrin əvvəlinə aid də olan kişi və qadın geyimi, sonra 20-ci, 30-cu, 40-cı, 50-ci illərin. Günlərin bir günü getdim oraya. Gördüm ki, kostyumlar çox pis gündədir, güvə yeyib. O, vaxt hamısına naftalin vururdular. Hətta ondan evə də götürürdük ki, paltarımıza vuraq ki, güvə dəyməsin. Bax beləcə xarab olub getdilər. Amma gərək onda heç kimə deməyib, o paltarları gizlin götürüb aparaydım. İndiyə qədər qalardılar. Heyif, sonra gedib gördüm ki, bəzi detallar qalıb, amma hamısı deyil". (Axşam.az)
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO












.png)
.jpg)

.png)





















