Art
Kandinskinin oğurlanmış tablosu tapıldı
Berlində rus abstrakt rəssam Vasili Kandinskinin oğurlanmış tablosu tapılıb.
Publika.az xəbər verir ki, Polşanın Mədəniyyət Nazirliyi rus abstrakt rəssamı Vasili Kandinskinin 1928-ci ildə yazdığı “Adsız” tablosunun tapıldığını açıqlayıb.

Rəsm Berlində Qrisebax auksionunda tapılıb. Əsərin tapılması prosesi təxminən 390 min avroya başa gəlib. Polşa rəsmin 1984-cü ildə Varşavadakı Milli Muzeydən oğurlandığını bildirib. Ölkə hakimiyyəti rəsmin hərraca çıxarılmasına qarşı çıxıb və hazırda baş verənləri həll etmək üçün hüquqi tədbirlər görəcəkləri ilə hədələyir.
Rəsmin arxa tərəfində Polşa muzeyinin möhürü var, lakin onlayn auksion kataloqunda əsərin Kandinskinin kolleksiyaçı Otto Ralfsa ad günü hədiyyəsi olduğu və təxminən 1940-cı ilə qədər Braunşveyqdə yerləşdiyi deyilir. Kataloqdakı məlumata görə, abstraksiya 1965-1983-cü illərdə Milli Muzeydə saxlanılıb, 1988-ci ildə isə ABŞ-da şəxsi sənət əsərləri kolleksiyasına daxil edilib. 1988-ci ildə rəsm Münhendəki Tomas Qalereyasından fərdi şəxs tərəfindən alınıb.
Ayşən Rəhim
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO












.png)
.jpg)

.png)





















