Art
“Şuşa yaradıcılıq emalatxanası” layihəsinin bağlanış mərasimi keçirildi - FOTO
Bu gün Beynəlxalq Muğam Mərkəzində “Şuşa yaradıcılıq emalatxanası” layihəsinin bağlanış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, layihə Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə keçirilib.
Əməkdar incəsənət xadimi, musiqişünas alim Zümrüd Dadaşzadə bildirib ki, layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri bu ilin avqust ayında Şuşa qalasına, Üzeyir bəyin dağıdılmış evinə, Bülbülün ev muzeyinə, Vaqifin məqbərəsinə, Güllələnmiş abidələrə, Cıdır düzünə səfər ediblər.
"Biz müqəddəs diyarda -Şuşada olduq. Layihə möhtəşəmdir: yaradıcı insanlar Şuşaya gəlir, onunla təmasda olur və sonra hislərini bədii əsərlərdə əks etdirirlər. Bu ülvü məqsəd idi. Biz bununla dünya ictimaiyyətini məlumatlandırmaq istəyirdik. Məqsədimiz mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihə iştirakçısı olan bəstəkar, şair, musiqişünas, misgər, keramika rəssamı, fotoqraf, qiraətçi və bir çox sahəni təmsil edən 30-a yaxın yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.
Əlbəttə, yaradıcı insanlar Şuşadan aldıqları təəssüratları, keçirdikləri hisləri dərhal əsərlərində əks etdirmədilər. Buna zaman lazım idi. Bu gün siz bu əsərlərə şahid olacaqsınız. Mən inanıram ki, səfərin əks -sədası sonra da eşidiləcək. Biz Şuşanın təsirindən hələ uzun müddət çıxa bilməyəcəyik".
Qeyd edək, tədbir çərçivəsində yaradıcı insanların əsərləri sərgilənib, Şuşaya həsr olunan musiqi əsərləri səslənib.
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO












.png)
.jpg)

.png)





















