Art
Təhminə illər sonra ilk dəfə bunu etdi... - Video
“Hal-hazırda “Huzurevi, Ketum” filmində çəkilirəm. Baş rollardan birini oynayıram. Uzun illərdir heç bir filmdə çəkilmirəm, bu baxımdan bu illər sonra çəkildiyim ilk filmimdir. Qorxu filmidir. Bu günə qədər çox serial və filmdə çəkildim, amma bunların arasında qorxu filmi olmamışdı. Obrazım və film haqqında çox danışmağa icazə vermirlər. Bunu mənə və filmdə çəkilən hər kəsə qadağan ediblər. Qorxu filmlərindən çox dəvət almışam, amma özüm oynamamışam. Çünki həyatda qorxduğum çox şeylər var. Məsələn, ilana qarşı məndə fobiya yaranıb”.
Publika.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında məşhur türkiyəli aktrisa, Azərbaycanın məşhur Təhminəsi-Meral Konrat deyib. O, daha sonra əlavə edib.
“Azərbaycanda pandemiyadan əvvəl olmuşam. Daha sonra pandemiya başladı və bütün ölkələrə giriş-çıxışlara qadağa qoydular. İnşallah qismət olsa yeni layihələr üçün yenidən Bakıya gələcəyəm. Türkiyədə bir müsahibə vermişdim. Demişdim ki, Azərbaycanlıların ulduzuyam. Bu müsahibədən sonra mənə sual verməyə başladılar ki, Azərbaycanı Türkiyədən daha çox sevirsən?! Mən də cavabında deyirdim ki, iki ölkə ikisi də mənim vətənimdir, ikisini də çox sevirəm. Sadəcə olaraq Azərbaycanda “Təhminə” filmi ilə məşhurlaşmışam” deyə məşhur bildirib.
Meral Konrat Türkan Şorayın bir zamanlar onu qısqandığı şayələrinə də son qoyub.
“Türkan Şoray Meral Konratı ağlatdı” başlıqlı yazılar çıxıb mətbuatda. Bunlardan mənim heç xəbərim yox idi. Həqiqətən də pis oldum. Bunları hardan çıxarırlar?! Mən heç vaxt onun məni qısqandığını söyləməmişəm. Türkan Şoray çox sevdiyim, sayğı göstərdiyim, türk kinosunun dəyərli aktrisalarından biridir. Ekranlara çıxdığım gündən bəri məni Türkan Şoraya bənzədirlər. Bu da normaldır. Allah insanları bir-birinə oxşar yaradıb” deyə o bildirib.
Meral Konrat illər əvvəl Türkan Şorayla görüşünü də xatırlayıb.
“Bir neçə dəfə Türkan Şorayla görüşmüşəm. O vaxt rejissor Arif Keskinər məni onunla görüşdürdü. Türkan Şoray bir neçə dəqiqə məni başdan-ayağa süzdü, sonra heç bir söz demədən çıxıb getdi. Onun bu hərəkəti təbii ki, mənə xoş gəlməmişdi, çox təsirlənmişdim. Rejissor demişdi ki, qətiyyən pis olma, həyatda və sənətdə belə şeylər baş verir” deyə aktrisa bildirib.
-
Magazin220:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Rəsmi xronika19:45Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Magazin219:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür
-
Nida Xəbər 14:40Publika.az-ın əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi oldu
-
İKT14:08Bu qəzet və saytlara dəstək göstəriləcək - SİYAHI







.jpg)




.jpg)


.jpg)


.webp)

.jpg)


















