Art
Bakıda Türk Filmləri Həftəsinin açılışı keçirildi - FOTO
Nizami Kino Mərkəzində "Bakı Türk Filmlər Həftəsi"nin açılışı baş tutub.
Publika.az xəbər verir ki, Türkiyənin Yunis Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç "Bakı Türk Filmləri Həftəsi"nin keçirilməsindən danışıb:
"Azərbaycanın mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevə, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Misbaha və bütün qonaqlarımıza təşəkkür edirəm. Bu il tematik film həftəsi keçirməyi planlaşdırdıq. "Bakı Türk Filmləri Həftəsi"nin keçirilməsində məqsəd türk filmlərini Azərbaycan kinosevərləri ilə bir araya gətirmək, Türkiyə-Azərbaycan kino sektorunun nümayəndələrini bir araya gətirmək, ortaq işlər görmək, Türkiyənin kino təcrübəsini Azərbaycana, Azərbaycanın kino təcrübəsini Türkiyəyə ötürmək, rejissorlar, aktyorlar və ssenaristlər arasında əlaqələr yaratmaq və iki ölkənin mədəniyyət sənayesinə töhfə verməkdir. "Bakı Türk Filmlər Həftəsi" çərçivəsində filmlərin nümayişi ödənişsiz olacaq. Aktrisa İpek Tuzcuoğlu, Umut Karadağ Bakı Dövlət Universitetinin tələbələri ilə görüşəcəklər. Semih Kaplanoğlunun YARAT İncəsənət Mərkəzində masterr-klassı olacaq".
Rejissor Semih Kaplanoğlu çıxışında "Bakı Türk Film Həftəsi"nin təşkilatçılarına təşəkkür edib.
Aktrisa İpek Tuzcuoğlu isə "Bakıya gəldiyim üçün çox xoşbəxtəm. Öz evimdəki kimi hiss edirəm",-deyə təəssüratlarını bölüşüb.
Aktyor Umut Karadağ ölkəmizə ilk dəfə gəldiyini deyib: "İlk dəfə Bakıya gəldim. Azərbaycanla qardaş ölkəyik, eyni dili, eyni keçmişi paylaşırıq. Sanki evimizdəyik, özümü Türkiyədəki kimi hiss edirəm".
Qeyd edək ki, "Bakı Türk Filmlər Həftəsi" Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Mədəniyyət Nazirliyi və Bakı Yunus Emre İnstitunun təşkilatçılığı ilə dekabrın 17-dən başlayaraq 21-dək davam edəcək. Açılış rejissor Semih Kaplanoğlunun “Bağlılıq Hasan” filmi ilə baş tutub. Nizami Kino Mərkəzində “7-ci Koğuşda Möcüzə”, “Yaxşı ki varsan, Eren”, “Sədaqət-Müqəddəs Dava”, “Eşqin Ömrü”, “Ankara Yayı”, “Vida məktubu” və “Rafadan Tayfa-Göbeklitepe” filmləri pulsuz nümayiş olunacaq.
-
İKT08:00Smartfonun "güc" düyməsinin gizli funksiyaları - 5 dəfə tez-tez basmaqla...
-
Magazin106:16Daha bir serial eşqi gerçək oldu - FOTO
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…








.jpg)
.jpg)
.jpg)
.jpg)


























