Art
Bu tamaşaya hər yaşda baxmaq olar!
Bu gün axşam saat 19:00-da M Teatrında teatrında "Yad Qadının məktubu" tamaşası nümayiş olunacaq.
Publika.az xəbər verir ki, yazıçı Stefan Sveyqin “Yad qadının məktubu” adlı məşhur novellası əsasında hazırlanan səhnə əsərinə bu dəfə Xalq artisti, M Teatrının direktoru Vidadi Həsənov quruluş verib. Teatrın direktoru bildirib ki, bu tamaşaya hər yaşda və hər başda baxmaq olar.
Baş rollarda Günəş Mehdizadə ilə Vüqar Hacıyevin oynadığı tamaşanın səhnə tərtibatçısı Ülkər Əliyeva, bəstəkarı isə Röya Hüseynovadır.
Məlumat üçün bildirək ki, yazıçının 1920-ci illərin əvvəlində qələmə aldığı novella məktub şəklindədir. Məşhur yazıçıya aşiq olan gizli aşiq məhəbbətini məktubda ifadə edərək yazıçını heyrətləndirir. Novella məşhur roman ustası R.-in ona gələn məktubları yoxlaması ilə başlayır və bir qadının məktubu ilə davam edir. Məktubunda qadın: "Ey məni tanımayan və daima sevdiyim insan, sən" deyə sevdiyinə müraciət edir. Qadının 13 yaşından ona duyduğu saf məhəbbət, 16 yaşında ailəsi ilə başqa yerə köçməsi, lakin bu məhəbbətsiz yaşaya bilmədiyi üçün 18 yaşında yenidən Vyanaya qayıtması, bir-biriləri ilə tanış olmaları məktubda təsvir olunur. Əsas hadisələr də bundan sonra başlayır.
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü






































