Art
"Fikrət Əmirov" filmi təqdim olunacaq
Dahi bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunan filmin ilk nümayişi dekabr ayının 19-da saat 19:00-da Heydər Əliyev Sarayında keçiriləcək.
Publika.az xəbər verir ki, “Fikrət Əmirov” bədii-sənədli filmi dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edir. Filmdə müsahibələrlə yanaşı, bədii səhnələrə də yer verilib. Çəkilişlər Bakıda, Gəncədə və Şuşada aparılıb.
Qeyd edək ki, “Fikrət Əmirov” bədii-sənədli filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.
Filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, operatoru Orxan Abbasov, ikinci rejissoru Çingiz Həsənov, montaj rejissoru Əsgər Rəhimov, prodüseri Nazim Hüseynovdur.
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü






































