Art
Əhməd Cavadın 130 illiyinə həsr olunmuş film təqdim olundu - VİDEO
Görkəmli Azərbaycan şairi, tərcüməçisi və professoru Əhməd Cavadın 130 illiyinə həsr olunmuş qısametrajlı film təqdim olunub.
Publika.az xəbər verir ki, ekran işi Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi, "Admedia" agentliyinin təşkilatçılığı, həmçinin "Asan Radio"nun direktoru Emin Musəvinin ideyası əsasında məşhur aktyor Sənan Əlləzin prodüserliyi ilə həyata keçirilib. Ssenarisi Gəray Həsənov, Sənan Əlləz və Cəmil Əhmədova aid olan layihənin rejissorluğu da Gəray Həsənova həvalə olunub.
Rollarda Xalq artisti Şamil Süleymanlı, Ötkəm İsgəndərov, Gülər Nəbiyeva, Flora Hüseynova, Anar Əliyev, Ruhiyyə Yusifova, Əliyunus Babazadə, Nurlan Mürsəlzadə, Sənan Əlləz çəkilib. Uşaqları isə Səyyad Mikayılov, Amil Əhmədzadə səsləndirib.
"Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və suverenliyinin rəmzlərindəndir" başlığı altında təqdim olunan layihədə qeyd olunub ki, bu müqəddəs səda dünyadakı 50 milyondan çox azərbaycanlını birləşdirən, həmrəy edən milli və mənəvi dəyərdir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Dövlət himninin mətninin görkəmli Azərbaycan şairi Əhmədə Cavada məxsusdur. Ümumiyyətlə, şairin yaradıcılığında bayraq mövzusuna həsr olunmuş şeirləri xüsusi yer tutub.
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO








































