Art
"Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına" kitabı təqdim olundu - FOTO
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına layihəsi həyata keçirilir. Layihə çərçivəsində Türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunub.
Publika.az xəbər verir ki, "Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına" adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan və Qırğız Respublikasından olan yazarların Şuşa mövzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayə janrlarında olan qələm örnəkləri yer alıb.
Adıçəkilən kitabın Türkiyənin İstanbul şəhərində Türk Ədəbiyyatı Vəqfinin konfrans salonunda təqdimat törəni təşkil olunub. Bu barədə məlumat verən Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar bildirib ki, tədbirdə Türkiyənin və Azərbaycanın ədəbiyyat nümayəndələri, media nümandələri və oxucular iştirak edib.
Tədbiri giriş sözü ilə Türk Ədəbiyyatı Vəqfinin başqanı, görkəmli şair Sərhat Kabaklı açaraq Şuşa şəhərinin Azərbaycan üçün mənəvi dəyərindən, Azərbaycanın qazandığı qələbədən, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasının önəmindən bəhs edib. Sonra layihə haqqında məlumat vermək üçün layihə rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar çıxış edib. Türk dünyası gənc yazarlarının Şuşaya ünvanlanmış mətnlərindən ibarət kitabın önəmindən bəhs edərək, irəliyə yönəlik bu kimi nəşrlərin artacağına ümid etdiyini ifadə edib.
Daha sonra tədbirdə iştirak edən Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Səbinə Cabbarova, kitabda yazısı yer alan müəlliflərdən Türk Ədəbiyyatı dərgisinin yazı işləri müdiri Ənvər Aykol, Türk dünyasının tanınmış ozanı Əsat Kabaklı, kitabda yazısı yer alan müəlliflərdən, Dr. Dərya Akdemir, tanınmış Azərbaycan yazarı, Aygün Həsənoğlu, tanınmış yazar Oktay Hacımusalı, Türkiyənin tanınmış yazarı İnci Okumuş, Azərbaycanın istedadlı gənc yazarı Günel Şamilqızı, Türk Ədəbiyyatı Vəqfinin əməkdaşı Səadət Örməçi və s. Şuşa mövzusunda anlamlı çıxışlar ediblər, layihənin önəmindən bəhs ediblər.
Şuşa şəhərində çəkilmiş foto şəkillər nümayiş olunub, tədbir iştirakçılarına geniş məlumatlar verilib. Sonda təltifetmə baş tutub, plaket və diplomlar təqdim olunaraq xatirə fotosu çəkilib.
Ayşən







-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)
























.jpg)


