Art
Xalq artistinin iş otağı ziyarətə açıq elan edildi - FOTO
Artıq bir müddətdir ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında tanınmış kino xadimlərinin vaxtilə çalışdıqları iş otaqlarının yaradıcılıq otaqlarına çevrilməsi ilə bağlı təşəbbüs həyata keçirilir.
Publika.az-a verilən məlumata görə, bu gün kinorejissor, xalq artisti, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri laureatı Eldar Quliyevin iş otağı sənətkarın doğum günü münasibətilə geniş ictimaiyyətin ziyarət məkanına çevrilib.
Qeyd edək ki, Eldar Quliyev “Bir cənub şəhərində”, “Babək”, “Nizami”, “Gümüşgöl əfsanəsi”, “Nə gözəldir bu dünya...”, “Girov”, “Dərvişin qeydləri” kimi 20-dən çox filmə quruluş verib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, kinostudiyada çalışmış kino xadimlərinin iş otaqlarının bərpa edilərək yaradıcılıq otaqlarına çevrilməsi və xatirələrinin yaşadılması ənənəsi çərçivəsində indiyə qədər Rasim Ocaqov, Hüseyn Seyidzadə, Tofiq Tağızadə, Həsən Seyidbəyli və digər sənətkarların vaxtilə çalışdıqları iş otaqları əşyaları ilə birlikdə mühafizə olunaraq yaradıcılıq otağına çevrilib.
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO




































