Art
Şəfiqə Məmmədovadan Şeyx Əbdülün iddialarına cavab - "Danışa bilmirəm..."
“Xəstəyəm, danışa bilmirəm. Məndən heç nə soruşmayım. Mən telefonla ümumiyyətlə, danışmıram”.
Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri Xalq artisti Şəfiqə Məmmədova kinorejissor, xalq artisti Şeyx Əbdül Mahmudovun Kinematoqrafçılar İttifaqı haqqında tənqidinə münasibət bildirərkən deyib.
"Yaxın günlərdə İttifaqda sədr seçkisi, yaxud qurultay keçiriləcəkmi?" sualına cavabda xalq artisti deyib: “Bizim nizamnamədə qurultay yoxdur”.
Şeyx Əbdül Mahmudov Kult.az-a bildirib ki, sosial müavinətlə birgə ittifaqa yarım milyon pul ayırılır: “Yarım milyona görə mənim hörmətli tələbə yoldaşım (Şəfiqə Məmmədova – red.) ittifaqdan əl çəkmir. Bu xanım kinoya aidiyyəti olmaya-olmaya, heç bir təşkilati iş görməyə-görməyə dövlətin qanun və nizamnaməsi ilə formalaşan bir ittifaqda artıq 12 ildir qurultayın keçirilməsinə imkan vermir. Qurultayın keçirilməli olduğu tarixdən artıq 7 il ötüb. Demək ki, onlar 7 ildir qanunsuz fəaliyyət göstərirlər”.
Qeyd edək ki, ötən ilin dekabrın sonlarında ARKİ-də ümumi yığıncaq keçirilib. İttifaqdan bildirilib ki, Şəfiqə Məmmədova iclas iştirakçılarının razılığına əsasən yenidən ARKİ İdarə Heyətinin sədri seçilib, İdarə Heyətinin yenilənmiş tərkibi yığıncaq iştirakçıları tərəfindən təsdiq olunub. Daha sonra İdarə Heyəti üzvləri arasından 9 nəfərdən ibarət katiblik seçilib.
Bu, həm kino ictimaiyyətinin, həm də ittifaqın üzvləri arasında ciddi narazılığa səbəb olub.
İclasda iştirak edən Əməkdar incəsənət xadimləri Cəmil Quliyev və Ayaz Salayev saytımıza açıqlamalarında ARKİ-də sədr seçkisinin keçirilmədiyini, həmin görüşün dəstək iclası olduğunu vurğulayıblar.
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı






.jpg)
.jpg)

.jpg)




























