Art
Nazirliyin təşkilatçılığı ilə növbəti “Gəncliyin səsi” festivalı keçiriləcək
2 fevral Azərbaycan Gəncləri Günüdür. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla təsis olunan əlamətdar gün Azərbaycan gəncliyinə, gənclərin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. Ulu öndər tərəfindən təməli qoyulmuş və bu gün davam etdirilən dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır.
Publika.az xəbər verir ki, yaradıcı gənclərə diqqət və qayğı da bu sahədə dövlət proqramlarının prioritet istiqamətlərindəndir.
Bu məqsədlə müxtəlif layihələr həyata keçirilir, yaradıcı gənclərin xaricdə təhsilinə dəstək göstərilir, beynəlxalq festival və müsabiqələrdə iştirakı təmin edilir.
Gənclər Günü ənənəvi olaraq hər il ölkəmizdə müxtəlif mədəniyyət layihələri ilə qeyd edilir.
1-8 fevral tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə əlamətdar günə həsr olunmuş IX “Gəncliyin səsi” festivalı keçiriləcək. Festivalın məqsədi gənclərin yaradıcı sahəyə marağının artırılması, onların istedadının üzrə çıxarılması və tanıdılması, sənət fəaliyyətinin təşviq edilməsidir.
Festival çərçivəsində Bakıda və Gəncədə silsilə tədbirlər keçiriləcək. İncəsənətin müxtəlif sahələrini təmsil edən gənclərin ölkənin aparıcı teatr-konsert müəssisələrinin səhnəsində çıxışı onlara stimul olacaq. “Gəncliyin səsi” festivalı gənc muğam ifaçılarını, vokalçıları, aşıqları, instrumental ifaçıları, rəqqas və balet artistlərini, aktyorları bir daha sənətsevərlərlə görüşdürəcək.
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ




































