Art
Ramiz Novruz dəfn olundu - Yeniləndi
Ötən gecə vəfat edən Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruz dəfn olunub.
Publika.az xəbər verir ki, mərhum Yasamaladakı "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları və sadə insanlar iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu.
xxx
Xalq artisti Ramiz Novruz II Fəxri Xiyabanda dəfn olunacaq.
Publika.az xəbər verir ki, bu barədə ailə üzvləri məlumat verib.
Hazırda Xalq artistinin evində vida mərasimi keçirilir. Mərasimə sənət adamları axın edib, sənətkarla vidalaşırlar.
Qeyd edək ki, Ramiz Novruz ötən gün axşam saatlarında dünyasını dəyişib. O uzun müddətdir ki,mədə xərçəngindən əziyyət çəkirdi.
xxx
10:15
Xalq artisti Ramiz Novruzla evində vida mərasimi keçirilir
Publika.az xəbər verir ki, mərasimdə mərhumun yaxınları, ailə üzvlər iştirak edir.
Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub.
Teatr sənətindəki xidmətlərinə görə 1993-cü ildə Əməkdar artist, 1998-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
O, bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Ramiz Novruz mədə xərçəngindən əziyyət çəkirdi.
Foto: Elnur Muxtar
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin128 İyul 22:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop28 İyul 19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman28 İyul 18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı








.jpg)
.jpg)
.jpg)
.jpg)
























