Art
Xatirəyə dönən sənətkar - Ramiz Novruz haqqında deyilənlər
"Azərbaycan teatr və kinosu Ramiz Novruzun timsalında böyük sənətkarını itirdi. Onun yeri hər zaman görünəcək"
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
O, deyib: "O tez-tez teatrın yanında aktyorların toplaşdığı məkana gələrdi. Sonuncu dəfə onu orda görmüşəm. Yaxınlaşıb dedim, teatra gedirsinizsə, yolu keçməkdə sizə kömək edim. Dedi yox, teatra getmirəm. Onda qəribə hislər keçirdim. Mən, kollektivimiz onunla mütəmadi olaraq danışırdıq. Səhhəti, xəstəliyi ilə bağlı çox nikbin idi. Biz ona ürək-dirək verməkdənsə, bunu o edirdi. Deyirdi, mən yenə gələcəm tamaşalar oynamağa.

Elşən Rüstəmov bildirib ki, Ramiz Novruz hər zaman gənclərə qarşı diqqətli olub: "Tamaşalara baxar, öz fikrini bildirərdi. Mən fəxri ad alanda çox sevinmişdi. Zəng edib təbrik etmişdi. Mən çox ümid edirdim ki, o sağalıb gələcək və biz bərabər oynayacağıq".

"Gözəl deyim var böyük sənətkarlar yaranır az-az, hər yerdə hər zaman inci tapılmaz. Ramiz Novruz o incilərdəndir. O, bizim qəlbimizdə daim yaşayacaq". Bu sözləri isə Xalq artisti Rafiq Əzimov deyib.
O qeyd edib ki, Ramiz Novruz Azərbaycan tamaşaçısına Həzi Aslanov rolu ilə tanındı: "Məhz o rol onu məşhurlaşdırdı, sevdirdi. Bununla yanaşı o, teatrda, kinoda çox gözəl xarakterik obrazlar yaradıb".

Xalq artisti Kazım Abdullayev isə Ramiz Novruzla uzun illərdir tanıdığını, teatr və kinoda tərəf müqabili olduğunu bildirib: "Mən Ramizlə əvvəl Sumqayıt teatrında, daha sonra Akademik Milli Dram Teatrında birlikdə işləmişəm. Sonuncu dəfə Ramizlə bir həftə öncə danışmışam. Deyirdi ki, çox pisəm, danışa bilmirdi. Bir ara düzəlmişdi, səhhəti yaxşılaşmışdı, amma sonra yenidən halı pisləşdi. Bu xəstəlik belədir. Son bir aya qədər teatra gələrdi, tamaşalara baxardı. Bizə ürək-dirək verirdi, deyirdi təzə tamaşalarda oynayacam. Biz bu gün dostumuzu, qardaşımızı itirdik. Çox heyf. Onu hər zaman xoş xatirələrlə xatırlayacam."

Əməkdar artist Sabir Məmmədov isə deyib ki, Ramizi itirmək hamımız üçün ağırdır: "Bu gün danışmaq həqiqətən çətindir. Çünki onun xəstəliyini bilirdik. Çox amansız xəstəlikdir, sonunun belə olacağını bilirsən. Allah ona rəhmət eləsin".

"O xəstəliyini qəbul etmirdi, möhkəm, nikbin idi. Problemlərini söyləməz, heç kimin xətrinə dəyməyən bir insan idi Ramiz Novruz". Bu sözləri isə Ramiz Novruzun evində təşkil olunan vida mərasimində iştirak edən Xalq artisti Mehriban Zəki deyib.
O qeyd edib ki, sənət belə sənətkarları itirəndə həqiqətən böyük itki olur.
-
Sosial15:54Bakı vaxtı ilə saat 13:59-da "Qiyamət"dən mesaj gəldi: Çeçen qızı, aliment...
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib




















.webp)

.jpg)

















