Art
Xalq artisti dəfn olundu
Tanınmış vokalçı, Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Əli Əsgərov dəfn olunub.
Publika.az xəbər verir ki, mərhum Yasamaldakı “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Vüqar Məmmədov, İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, nazirliyin digər əməkdaşları, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları, yaxınları iştirak ediblər.
Qeyd edək ki, Əli Rəhim oğlu Əsgərov 1961-ci il noyabrın 25-də Bakıda anadan olub. O, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) vokal şöbəsini və aspiranturasını bitirib. 1989-cu ildən Akademik Opera və Balet Teatrının solisti idi. Teatrın səhnəsində bir çox opera tamaşalarında, eləcə də Fransa, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və s. ölkələrdə opera festivallarında, vokal müsabiqələrində çıxış edib, laureat adını qazanıb. 1997-ci ildə Bakıda Bülbül adına Vokalçıların I Beynəlxalq Müsabiqəsinin “Qran Pri” mükafatçısı olub.
1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2012-ci ildə Xalq artisti fəxri adlarına, dəfələrlə Prezident mükafatına layiq görülüb.
Allah rəhmət eləsin! (OLAY)
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO

















.png)




















