Art
Nazirə yeni müşavirlər təyin edildi
Mədəniyyət Nazirliyində yeni müşavir təyinatları olub.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Konservatoriyanın beynəlxalq əlaqələr departamentinin rəhbəri, musiqişünas, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov və Əməkdar artist Oleq Əmirbəyov mədəniyyət nazirinin müşavirləri təyin edilib.
Cahangir Səlimxanov Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) musiqişünaslıq ixtisası üzrə təhsil alıb. Bu vaxtadək Bəstəkarlar İttifaqında, Azərbaycan Dövlət Konservatoriyasında, Azərbaycan Musiqi Xadimləri İttifaqında, Bakı İncəsənət Mərkəzində müxtəlif vəzifələrdə çalışıb.
2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri, 2013-cü ildən Milli Konservatoriyada beynəlxalq əlaqələr departamentinin müdiri vəzifələrində çalışıb. 2018-ci ildən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Azərbaycanda Milli eksperti təyin olunub.
Mədəniyyət nazirinə təyin olunan digər müşavir Oleq Əmirbəyov isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu ixtisasını bitirib. Teatr və kino aktyoru, televiziya aparıcısı, Azərbaycanın Əməkdar artistidir. 2010-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında fəaliyyət göstərib.
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO

















.png)




















