Art
Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olacaq - FOTO
Görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi olacaq.
Publika.az xəbər verir ki, abidənin açılışı 10 Martda baş tutacaq. Bu barədə Azərbaycan Kinomatoqrafçılar İttifaqının rəsmi feysbuk hesablarında məlumat yayılıb.
Xatırladaq ki, Rüstəm İbrahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.
R. İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Əsərləri əsasında 40-dan çox bədii filmlər və televiziya filmləri çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” şirkətinin və eyniadlı teatrın təsisçisi olub. 15 pyesi dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub.
Xalq yazıçısının abidə-məzar daşını Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalov hazırlayıb.
Aydın Zeynalov 3 avqust 1978-ci ildə Moskvada anadan olub. 1991-1996-cı illərdə Surikov adına Moskva Rəssamlıq İnstitutunun heykəltaraşlıq fakültəsində təhsil alıb. Bir sıra görkəmli abidələrin müəllifidir. Onun müəllifi olduğu abidələr sırasında F. Dostoyevski, İ.Nəsimi, Cüzeppe Verdi, C.Puççini, Rixard Vaqner, Franz List və s. görkəmli şəxslər yer alıb.
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı

















.png)



















