Art
Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı - FOTOLAR
10 mart görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatının bir ili tamam olur. Bu münasibətlə Birinci Fəxri Xiyabanda Xalq yazıçısının qəbirüstü abidəsinin açılış mərasimi baş tutub.
Publika.az xəbər verir ki, mərasimdə Xalq yazıçıları Anar Rzayev, Çingiz Abdullayev, Xalq artisti Rasim Balayev, Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Sabir Rüstəmxanlı, Cavanşir Quliyev, Baba Vəziroğlu, Ramiz Həsənoğlu, sənət adamları, yaxınları, ailə üzvləri iştirak ediblər.
Anar Rzayev bildirib ki, Rüstəm İbrahimbəyov dünya şöhrətli insan idi:
" "Bizim böyük ,dəyərli xadimlərimiz bu fəxri xiyabanda dəfn olunub. İndi onlardan biri də Rüstəm İbrahimbəyovdur. Rüstəm böyük şəxsiyyət, böyük dəyər idi". Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev bildirib ki, Rüstəm fenomen insan idi." Biz nə qədər çalışsaq da onun yerini verə bilmirik. Onun dəyərli məsləhətləri insanlara yol açıb. Məktəbi görkəmli sənətkarlar yetişdirib. Yeganə təsəlli odur ki onun əsərləri, filmləri nə qədər varsa o xalqın qəlbində yaşayacaq. Bu sənətə gələn insanlar üçün Rüstəm İbrahimbəyov həmişə məktəb olacaq".
Çingiz Abdullayev bildirib ki, Rüstəm İbrahimbəyov yeganə sənətkar idi ki, altı dəfə dövlət mükafatına layiq görülüb. Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur. O bildirib ki, abidənin hazırlanmasında Rüstəm İbrahimbəyovun ailə üzvləri yaxından iştirak ediblər.
Xatırladaq ki, Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Əsərləri əsasında 40-dan çox bədii filmlər və televiziya filmləri çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” şirkətinin və eyniadlı teatrın təsisçisi olub. 15 pyesi dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub. Rüstəm İbrahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.
-
Dünya22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar
-
Magazin122:125 milyon baxışı olan mahnını yutubdan sildirdi
-
Qoroskop19:36Bu bürclər birlikdə olmaq üçün yaradılıblar
-
İdman18:24Dünya çempionatında Azərbaycana ilk medalı o qazandırdı
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?








.jpg)
.jpg)
.jpg)
.jpg)










.jpg)














