Art
Evli qadınla eşq yaşayan, ömürlük subay qalan azərbaycanlı məşhur
“İstəyirsən, bazarı bağlatdırım səninçün…”
Yəqin, dillərdə aforizmə çevrilən bu məşhur ifadəni xatırladınız və anidən dodağınız qaçdı.
“Alma almaya bənzər” filminin rejissoru, Azərbaycan milli kinosunda özünəməxsus yeri olan peşəkar kinorejissor Arif Babayevi nahaqdan xatırlamadım. Bu gün onun ad günüdür. Sağ olsa, dostlarını başına yığıb özünə təmtəraqlı doğum günü mərasimi keçirərdi. Şəninə badələr qaldırılıb, sağlıqlar deyilərdi...
Bu gün onu bizimlə 33 illik zaman kəsiyi ayırır. Elə insanlar var ki, biz onlara dünyasını dəyişmiş adam kimi baxa bilmirik. Söhbət sənətkarlardan - şair, rəssam, bəstəkar, rejissorlardan gedir. Onların qoyub getdiyi sənət əsərlərinə baxanda, musiqilərini dinləyib feyziyab olanda, şerini söyləyib ruhumuzu arıdanda, çəkdiyi filmlərə tamaşa edib yorğunluğumuzu canımızdan çıxaranda həmin sənətkarları yanımızda hiss edirik. Arif Babayev də belə ölməzlər sırasındadır.
Arif Babayev 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində, 1968-ci ildən "Azərbaycanfilm" kinostudiyasında 50-yə yaxın bədii filmin rejissoru olub.
Hələ daha neçə film çəkmək arzusundaydı, amma əcəl aman vermədi. 1983-cü il avqustun 26-da 54 yaşında sevənlərindən ayrıldı.
“İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Alma almaya bənzər”, “Arxadan vurulan zərbə”…
O, heç vaxt evli olmayıb. Ömrünün sonuna qədər evli qadınla sevgi yaşayıb.
Nə yaxşı ki, Azərbaycan kinosunun belə gözəl filmləri var. Bu filmləri bizə qoyub getdiyinə görə Arif Babayevə minnətdar olmalıyıq.
Cəvahir Səlimqızı
-
Region21:12
Diş həkimindən ŞOK ƏMƏL: implantı pasientin beyninə bağladı, sonra...
-
Sosial21:00
Yeddi gündən sonra meyiti tapılan İbrahimin FOTOSU
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO