Art
Məşhur azərbaycanlı milyonçu ilə Stalinin hansı ədavəti olub? - VİDEO
Murtuza Muxtarov niyə tapançadakı son güllə ilə özünü vurdu? Stalinin məşhur milyonçu ilə hansı şəxsi düşmənçiliyi vardı?..
Maarifçi YouTube kanalı Bilmag tv-nin təqdim etdiyi yeni filmdəki faktlar tarixə yenidən baxmağa məcbur edəcək.
Bakının məşhur 11 milyonçusu haqqında bütün məlumatlar sovet işğalının davam etdiyi 70 il boyunca arxivlərdə “məxfi” qrifi altında gizlədilib. Tarixçilərin araşdırmaları nəticəsində ortaya çıxan məlumatlar heyrət doğurur.
Murtuza Muxtarovun dramatik həyatında ən maraqlı epizodlardan biri vaxtilə “Koba” ləqəbi ilə tanınmış quldur Stalinlə bağlıdır. “İnanılmaz həqiqətlər” filmində Muxtarovun yaxın qohumu Əlixan Əliyevin xatirələrində qorunan bu hadisə ilk dəfə səslənir. Həmçinin məşhur xeyriyyəçinin indiyə qədər müəmmalı görünən intiharının da səbəbi açıqlanır.
Sənədlərə istinad etməyən fərziyyələrin filmdə yer alması doğrudurmu? Azərbaycanın xeyriyyəçi milyonçularının yaşadıqları dövrü tətqiq edən, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov belə hesab edir ki, filmdə səslənən versiyalar həqiqətə çox uyğundur. Zamanın mənzərəsi aydınlaşdıqca, hadisələr arasında paralellər aparıldıqca, yeni təfərrüatlar yaranır. Bu baxımdan şahidlərin dilindən nəsildən-nəslə ötürülən hər informasiya önəmlidir.
Bilmag tv-nin layihə rəhbəri Lalə Əliyevanın sözlərinə görə, yeni platformalar məşhur şəxsiyyətlərin həyatına dair bütün mümkün versiyaların yaşamasına imkan tanıdığından, tarixi diqqətlə öyrənmək üçün faydalıdır. Doğrudanmı tapançasındakı son gülləni beyninə çaxan Murtuza Muxtarovu dost xəyanəti sarsıtmışdı? Bəlkə də doğrudur. Nə bilmək olar? Tarixin bir çox həqiqətləri illər sonra üzə çıxır…
Qeyd edək ki, “İnanılmaz həqiqətlər” sənədli filminin təqdimat mərasimi Suraxanı Rayon İcra hakimiyyətinin akt zalında – İcra nümayəndələrinin , Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatların, hüquq-mühafizə orqanlarının rəhbərləri və ziyalıların iştirakı ilə keçirilib.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı














.png)





















