Art
Mübariz İbrahimovla bağlı filmin təqdimatı keçirildi - VİDEO
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə “Mübariz” adlı film hazırlayıb.
QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən Publika.az-a verilən məlumata görə, “Mübariz” filminin nümayişi keçirilib.
90 dəqiqədən bir qədər artıq davam edən film 2 ilə ərsəyə gəlib. Film qəhrəmanımızın 5 yaşından şəhidlik zirvəsinə ucalana qədər davam edən şərəfli həyat yolundan bəhs edir. Çəkilişlər isə ölkəmizin müxtəlif bölgələrində aparılıb. Filmin əsas kadrları Mübariz İbrahimovun doğulduğu Biləsuvar rayonunda və döyüşüb şəhadətə qovuşduğu Tərtər rayonunda yerləşən hərbi mövqedə çəkilib.
AzTV istehsalı olan “Mübariz” filmi sabahdan kinoteatrlarda izləyicilərə təqdim olunacaq.
Filmin baş prodüsseri və ssenari müəllifi Nicat Mənalı, quruluşçu rejissoru Natiq Novruzov, Mübariz İbrahimovu canlandıran baş rol ifaçısı isə Hüseyn Əliyevdir.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı














.png)





















