Art
Azərbaycanlı uşaqlar ifaları ilə Parisi mat qoydular - Foto
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin fortepiano sinfinin IV sinif şagirdi Sara Teyyublu və I sinif şagirdi Dəniz Əliyeva (müəllimə Raminə Ağayeva) Fransanın Paris şəhərində “International Vision Evro Arts competitions” çərçivəsində onlayn keçirilən “La Culture Slave a Paris” Beynəlxalq müsabiqədə uğurla çıxış edərək diplomla təltif olunublar.
Müsabiqədə Sara Teyyublu M.Mayerin "Qaraçılar rəqsi " əsərini ifa edərək I yerə, Dəniz Əliyeva isə W.Gillokun "Splashing in the brook" əsərini ifa edərək II yerə layiq görülüb.
Qeyd edək ki, "International Vision Evro Arts competitions" Avropanın rəsmi beynəlxalq müsabiqələr silsiləsindən olan mötəbər beynəlxalq distant uşaq və gənclərin yaradıcılığı müsabiqəsidir. Məktəblilərin qatıldığı “La Culture Slave a Paris" Beynəlxalq müsabiqəsi bu çərçivədə keçirilən populyar ifaçılıq yarışmasıdır.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı













.png)





















