Art
"Azər Paşaya halallıq verirəmsə, aktyorlar da versinlər"
Xalq artisti Afaq Bəşirqızı qalmaqal yaşadığı və illərdir küsülü olduğu mərhum Azər Paşa Nemətov barədə danışıb.
Publika.az xəbər verir ki, sənətçi yaşadığı mübahisələrə görə peşman olmadığını bildirib:
“Azər Paşanı 1-5 ildir deyil tanıyıram. Biz onunla möhkəm dost olmuşuq. Dostluğun hörmətini son günə qədər saxlamışdıq. Mənim üçün bu, gözlənilməz oldu. Çox mütəəssir olmuşam. Amma mənə bir təskinlik var ki, şəxsi ambisiyamız üçün sözləşməmişdik, aktyorların ümumi rifahının yaxşılaşması üçün belə bir təklif qaldırmışdım. Təsəvvürümə gətirməzdim ki, Azər Paşa qəfil dünyasını dəyişəcək. İnanmazdım ki, xəstəliyə qalib gələ bilməyəcək, ölüm qarşısında əzmini qıracaq, amma deməli, var. Hər halda səmimi insan olduğuma inanarsınız. Özüm istəməsəm, mənə heç kim bu sözləri dedirdə bilməz. Heyfisləndiyim bir şey var - uzaqdan da olsa, bu yaxınlarda onu bir dəfə görəydim. Bizim zəmanənin dostluğu ilə indiki dostluğun çox fərqi var. Həmişə sənətkarların arasında insanların rifahı üçün belə söhbətlər olub. Son ana qədər bir-birimizə hörmətsizlik etmədik - təhqiramiz çıxışlar olmadı”.
Sənətçi sosial mediada A.P.Nemətov barədə status yazan həmkarlarına isə bu məsləhəti verib:
“Heç bir peşmanlığım yoxdur. Necə ki, təklifimi eşidib Prezidentim maaşları qaldırdı, yenə də aktyorlara diqqət göstərəcəyinə əminəm. Peşman deyiləm, umacağım yoxdur. Hansısa hərəkəti edəndə özümə güvənirəm, başqasından heç nə güdmürəm. İctimai həyatda gördüyüm işləri müəyyən adamlar bilirlər. Heç vaxt belə müsahibələr verməmişəm, bundan zövq alıram. Heç birindən narazı deyiləm. Hikmət həddindən ziyadə istedadlı oğlandır. Ona qarşı haqsızlıq olub. Amma yenə deyərdim ki, Hikmət balam (Aktyor Hikmət Rəhimov - red.) elə status yazmazdı. Əgər mən halallıq verirəmsə, onlar da halallıq versinlər. Bu, onların böyüklüyüdür. Allah rəhmət eləsin! Öz halallığımı verdim. Əminəm ki, hər şey yaxşı olacaq!”. (OLAY)
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi






.jpg)
.jpg)

.jpg)




























