Art
Azər Paşa Nemətov dəfn olundu - YENİLƏNDİ
Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azər Paşa Nemətov dəfn olunub.
Publika.az xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.
xxx
Xalq artisti Azərpaşa Nemətovun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsindən son mənzilə alqışlarla yola salınıb.
Publika.az xəbər verir ki, vida mərasimində səhnədə Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, xalq artistləri Nurəddin Mehdixanlı və Hacı İsmayılov çıxış edərək mərhum haqqında danışıblar.
Qeyd edək ki, vida mərasimində mərhumun ailə üzvləri, ictimai-siyasi şəxslər, mədəniyyət xadimləri iştirak ediblər.
Azər Paşa Nemətov ll Fəxri Xiyabanda dəfn ediləcək.
xxx
Xalq artisti Azərpaşa Nemətovun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.
Publika.az xəbər verir ki, Azər Paşa Nemətovun ailə üzvü Cəmilə mərasimdə çıxış edərək ölkə başçısına təşəkkür edib: "Bu gün Azər Paşa Nemətovla vidalaşırıq. Mərasimin bu dərəcədə yüksək səviyyədə keçirilidiyinə və sənətinə göstərilən qayğı və diqqətə görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm.
Doğrudan da Azərbayacan mədəniyyətinə böyük itkidir. Dahi bir insanı itirdik. O çox gözəl həyat yoldaşı, çox mehriban qardaş, çox sadiq dost idi. Hər birinizə mərasimə gəldiyinizə görə ailəmiz və həyat yoldaşı Süsən xanım adından təşəkkür edierəm. O, doğrudan buna layiq idi".
13:13
Azərbaycanın xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azər Paşa Nemətov ilə vida mərasimi keçirilir.
Publika.az xəbər verir ki, Milli Dram Teatrında keçirilən vida mərasimində dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.
Mərasimdən sonra mərhum II Fəxri xiyabanda dəfn ediləcək.
Qeyd edək ki, Azərpaşa Nemətov aprelin 9-da 76 yaşında dünyasını dəyişib.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı


































