Art
Ulu Öndər Heydər Əliyevə həsr edilən “İrsi izlər” sərgisinin açılışı olub
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, “Liatris” Holdinq, “Ləzzət” kulinariya evi və “Strix Computers”in dəstəyi, “Art Studio and Gallery Turan” yaradıcılıq studiyasının təşkilatçılığı ilə “İrsi izlər” adlı rəsm sərgisi açılıb.
Sərgi mədəniyyət sahəsinə də xüsusi yanaşması ilə yaddaşlarda iz qoyan Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub. Açılış mərasimində ictimai və siyasi xadimlər, xalq rəssamları, sənətşünaslar və sənətsevərlər iştirak ediblər. Sərgidə Turan Muxtarzadə, Şəmirə Ağayeva, Nuranə Babayeva, Kəmalə Əliyeva, Reyhan Osmanova və digər rəssamların əl işləri nümayiş olunub.
Açılış mərasimində çıxış edən “Art Studio and Gallery Turan” yaradıcılıq studiyasının rəhbəri, həmçinin sərginin kuratoru, rəssam Turan Muxtarzadə tədbirin məqsədindən, milli irsin davam etdirilməsindən və mədəniyyətin təsviri sənət vasitəsilə təbliğinin əhəmiyyətindən danışıb, rəssamlara təşəkkürünü bildirib.
.jpg)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxışında rəssamlara təşəkkürünü bildirib və onlara sertifikatlar təqdim edib.
Xalça Muzeyində təşkil olunan və 28 rəssamın 40-a yaxın əsərinin yer aldığı sərgi aprelin 16-a kimi davam edəcək. Sərginin əsas məqsədi Azərbaycanın tarixini, adət-ənənələrini, mədəniyyətini, ailə dəyərlərini kətan üzərində sənətsevərlərə təqdim etməkdir.
Qeyd edək ki, sərgi günlərində ziyarətçilər muzeyin iş saatları daxilində (12-15 aprel saat 9:00-18:00 kimi, 16 aprel 9:00-15:00 kimi) müxtəlif mövzuları əhatə edən rəsm əsərləri ilə yaxından tanış ola, bəyəndikləri rəsm əsərlərini əldə edə bilərlər. Giriş sərbəstdir.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı


































