Art
Mingəçevirdə mono tamaşalar festivalı açıldı
Mingəçevirdə Mingəçevir Dövlət Dram Teatrının direktoru, Bakı Uşaq və Gənclər Teatrının bədii rəhbəri, Əməkdar artist İntiqam Soltanın "Bir Teatr - Bir Festival" adlı müəllif layihəsi olan 3 mərhələli Mono Tamaşalar Festivalının birinci mərhələsi Mingəçevir Dövlət Dram Teatrında keçirilib. Festival 55 illik yubiley günlərində baş tutub.
Publika.az xəbər verir ki, aktyorların fərdi yaradıcılıq potensialını üzə çıxarmaq məqsədilə keçirilən festival aprelin 15-16 tarixində həyata keçib.
Tədbirdə şəhər rəsmiləri ilə yanaşı, çox sayda teatrsevər, teatrşünas mütəxəssislər, Gəncə, Lənkəran teatrlarından, Regional Mədəniyyət İdarələrindən dəvət olunan qonaqlar və KİV nümayəndələri iştirak edib.
Onlardan Lənkaran Dövlət Dram Teatrının direktoru İntiqam Hacılı, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev, Gəncə Dövlət Dram Teatrının ədəbi dram hissəsin rəhbəri, teatrşünas, tənqidçi Anar Bürcəliyev, Valeh Kərimov (Xalq artisti) Azərbaycan Teatr Xadimləri İttifaqının Bölgə Teatrlarının İnkişafı şöbəsinin rəhbəri, teatrşünas Dağlar Yusif və başqaları da yubiley həmçinin açılış münasibətilə təbriklərini dilə gətiriblər.
İntiqam Soltan Mingeçevir Dövlət Dram Teatrı ilə sıx əməkdaşlıq etdiklərinə görə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədova, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramova, "EL " televiziyasının rəhbəri İqbal Məmmədəliyevə "Teatrın Dostu" nominasiyasını təqdim edib.
Şəhər icra başçısı İlham İsmayılov teatr kollektivini təbrik edərək, Ella Yaqubovanı ( Xalq artisti ), baş rejissor Vüsal Mehrəliyevi və Könül Ahəngarini Fəxri Fərmanla təltif edib.
Çıxışlardan sonra mono tamaşaların nümayişi keçirilib.
Qeyd edək ki, festival bir neçə gün davam edəcək.
Ayşən




-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı


































