Art
Xalq artistinin təklifləri alqışlarla qarşılandı: "Bu fakt danılmazdır ki..."
"Gəncləri tanımaq olmur. Universiteti qurtarıblar, amma nəyə qadir olduqlarını bilmirik. Əvvəllər bu gəncləri "Debüt" studiyası üzə çıxarırdı. "Debüt"ü canlandırmaq lazımdır".
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş kino forumunda deyib.
Çıxışı alqışlarla qarşılanan Xalq artisti bir sıra təkliflər verib. O, qeyd edib ki, "Azərbaycanfilm" bir neçə il dövlət dotasiyasında olmalıdır:
"Özünə yol tapana, kino biznesinə qatılana qədər dövlət tərəfindən maliyyələşməlidir. Kinomuzda mütəxəssis qıtlığı danılmazdır. Sovet sistemində pis-yaxşı bir struktur var idi. O dağıldı, amma yenisi qurulmalıdı. Hətta yadımdadır ki, altı il heç bir film çəkilmədi. Mütəxəssis zərciri qırıldı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin üzərinə kölgə salmaq istəmirəm, onlar da çox işlər görürlər. Amma xatırlayıram ki, əvvəllər rejissorları, aktyorları Rusiyaya oxumağa göndərirdilər. Bu, çox yaxşı nəticə verirdi.
Mədəniyyət və İncəsənət Universiteti aktyor, rejissor yetişdirə bilər, amma təklif edirəm ki, müsabiqə keçirilsin, ildə bir nəfər rejissor, operator, ssenarist, kinoprodüser təhsil üçün Rusiyaya yaxud başqa yerlərə göndərilsin".
Rasim Balayev Kino Agentliyi haqda da danışıb: "Kino agentliyi işə yarayacaq, bu çox yaxşıdır. Arzum budur ki, ora Azərbaycanı sevən, vətənpərvər, kinonu bilən adamları yığılsın. Əgər belə olmasa heç nə alınmayacaq".
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı


































