Art
"Bəzi kinofestivallar açıq Azərbaycan filmini göstərməkdən imtina edirlər" - Asif Rüstəmov
"Bəzi kinofestivallar açıq şəkildə bildirirlər ki, biz Azərbaycan filmini göstərmək istəmirik".
Publika.az xəbər verir ki, bunu bir çox festivallada filmləri ilə uğur qazanmış kinorejissor Asif Rüstəmov "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı paneldə çıxışı zamanı deyib.
O qeyd edib ki, festivallarda həmişə konyuktura ilə rastlaşıb: "Amma filminiz doğurdan da yaxşı filmdirsə, heç nə ona maneə deyil. Təbii, konyuktura və klişelərlə film çəkəndə iş daha rahat olur, amma yenə deyirəm ki, uğur üçün bu, şərt deyil.
Bu forumda gəncləri çox tənqid etdilər. Az qala elə fikir formalaşdı ki, Azərbaycan kinosunun ən böyük problemi gənclərdir".
Qeyd edək ki, bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumu işə başlayıb. Forum iki gün davam edəcək.
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı


































