Art
"Tatarıstanda 22, bizdə cəmi 3 film..." - Oleq Səfərəliyev
"İldə 10 film dövlət vəsaiti ilə çəkilməlidir".
Publika.az xəbər verir ki, bunu kinorejissor Oleq Səfərəliyev "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, sovet dönəmində 70 ildə 7250 film çəkilib: "15 milyon tamaşaçı yığan film uğurlu film hesab olunur. O siyahıda 6 Azərbaycan filmi var. Bizdə filmlər çox az çəkilir. Müqayisə üçün deyim ki, ötən il Qazaxıstanda 50 film çəkilib. Nəticələrə görə, prokatda milli filmlərin həcmi 40 faizə çatıb. Tatarıstan 22 film çəkib. Bizdə isə cəmi 3 film ərsəyə gətirilib. Biri müəllif filmi, biri özəl, bəs bizim tamaşaçı nəyə baxacaq? Ən vacib məsələ tamaşaçımı zallara qaytarmaqdır".
Qeyd edək ki, bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumu işə başlayıb. Forum iki gün davam edəcək.
-
Magazin101:11Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər



































