Art
Cəmil Quliyev müəllif filmlərindən danışdı: "Bunsuz inkişaf olmayacaq"
"Bu gün Azərbaycanda festivallara görə müəllif kinosu adına xələl gətirirlər, festivalın mövzusuna görə filmlər çəkilir, bu, yolverilməzdir. Film ürəklə, vətəndaş mövqeyi ilə çəkilməlidir".
Publika.az xəbər verir ki, bunu Film Fondunun direktoru Cəmil Quliyev "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı paneldə çıxışı zamanı deyib.
O qeyd edib ki, filmlərdə mövzu seçimi aktual məsələdir: "Biz müəllif kinosunu inkişaf etdirməliyik. Bu olmasa, nə kinomuz inkişaf edəcək, nə də kino tariximizi yaza biləcəyik".
O qeyd edib ki, gənclərə dəstək vermək lazımdır: "Onlar üçün meydança olmalıdır. Müəllif kinosu gənclərin çəkdiyi ilk filmlərdən başlayır. Rasim Balayevin sözünə qüvvət, "Debüt" studiyası canlanmalıdır. Onunla yanaşı digər studiyalar da Cəmilıolmalıdır".
Qeyd edək ki, bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumu işə başlayıb. Forum iki gün davam edəcək.
-
Magazin101:11Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər



































