Art
Kino çəkilişlərinə ayrılan pullar hara gedir?
"Bəs pullar hara gedir?".
Publika.az xəbər verir ki, bunu Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu çərçivəsində "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" panelində Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinoprodüser Əli İsa Cabbarov deyib.
O hesab edir ki, pulların nələrə, hansı məqsədlər üçün xərcləndiyi açıqlanmalıdır:
"Hər il dövlət büdcəsindən kinoya 6 milyondan çox pul ayrılır. "Azərbaycanfilm"in direktoru Nazim bəy kinostudiyaya ayrılan büdcəni açıqladı. Məni çox təəccübləndirdi. Bəs bu pullar hara gedir? 2022 və 2023- cü ildə niyə film istehsal olunmayıb? Bu çox maraqlıdır".
Qeyd edək ki, Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumunu keçirilir. Forum bu gün başa çatacaq.
-
Magazin101:11Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər



































