Art
Mədəniyyət Nazirliyindən Ramiz Məliklə bağlı AÇIQLAMA
Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti, "Şöhrət" ordenli Ramiz Məlikin müalicəsi ilə bağlı məsələlər Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir.
Bu barədə Publika.az-a nazirlikdən bildirilib.
Məlumata görə, nazirliyin dəstəyi ilə xəstəxanada müalicə alan aktyora xüsusi həkim briqadası xidmət göstərir və müalicəsi sistemli olaraq davam etdirilir. Tibbi prosedura uyğun olaraq kimya-terapiyadan keçən Ramiz Məlikin zəruri dərman vasitələri də Mədəniyyət Nazirliyi tərəfindən təmin olunur.
Qeyd olunur ki, nazirliyin məsul şəxsləri mütəmadi olaraq aktyorla və onun ailə üzvləri, eləcə də müalicə aparan həkimlərlə əlaqə saxlayırlar.
Xatırladaq ki, Xalq artisti bir neçə gün öncə də müalicə aldığı klinikada nazirliyin səlahiyyətli nümayəndələri tərəfindən ziyarət edilmiş və ona lazımi dəstək göstərilmişdi.
-
Magazin101:11Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər



































