Art
Azərbaycanda ilk: "Ev teatrı” üslubunda tamaşa hazırlandı
Azərbaycanda ilk dəfə olaraq "Səhnə" teatrı “ev teatrı” üslubunda tamaşa hazırlayıb.
Publika.az xəbər verir ki, “ev teatrı” - adından da göründüyü kimi bir evin az sayda "qonaqları" üçün otaq şəraitinə uyğun olan tamaşalar hazırlayan teatrdır.
Bu, müasir teatr formasıdır və bu üslubda hazırlanan tamaşalarda müxtəlif teatr məktəblərinin qazandığı nailiyyətlərin sintezindən geniş istifadə edilir. Dünyada geniş yayılmasına baxmayaraq Azərbaycanda ilk dəfə olaraq "Səhnə" teatrı R.İbrahimbəyovun “Şirəbənzər” və E. Olbinin “Zooparkda nə baş verdi?” tamaşalarını “ev teatrı” üslubunda hazırlayıb.
Hər iki tamaşanı quruluşçu rejissoru Elvin Mirzəyevdir. Günü-gündən tamaşaçıların rəğbətini qazanan teatrın tamaşalarına Xalq artistləri Fəxrəddin Manafov, Şükufə Yusupova, Pərviz Məmmədrzayev və digər sənət adamları da təşrif buyururlar.
Üç ilə yaxındır fəaliyyət göstərən "Səhnə" teatrının repertuarını “ Bir dəfə Qarabağda”, “Molla Nəsrəddin 2022”, “Qaranlıqdan işığa”, “ Qurd əfsanəsi”, “ Elçilik” və digər tamaşalar zənginləşdirir.
Hər həftənin şənbə və bazar günləri "Səhnə" teatrı tamaşaçılarının yolunu gözləyir.
Biletləri İTİCKET.AZ saytından əldə etmək olar.
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı


























.jpg)









